Saakaşvilinin həbsxanada vəziyyəti ağırlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvilinin həbsxanada vəziyyəti ağırlaşdı

Rəsmi

07 Oktyabr 2021 12:30 1659


Gürcü həkimlər 7 gündür həbsxanada yeməkdən imtina edən keçmiş prezident Mixeil Saakaşvilinin sağlamlığından narahatdırlar.

Yenisabah.az "Sputnik-Qruziya"ya istinadla xəbər verir ki, Saakaşvili oktyabrın 1-də saxlanılıb. Elə həmin gündən aclıq aksiyasına başlayıb.

O, məktublarından birində sağlamlığının pisləşməsi və ya huşunu itirməsi halında həkimlərin köməyindən imtina etdiyini bildirib. pizza mizza

Tiflis klinikasının reanimatoloq və kritik tibb şöbəsinin müdiri Vaxtanq Kaloyiani aclıq aksiyasının keçmiş prezident üçün ciddi sağlamlıq problemləri yarada biləcəyini söyləyib:

“Mənim üçün bir həkim olaraq pasiyentin sağlamlığının vəziyyəti çox önəmlidir. Mümkün olan hər şeyi etməliyik ki, Saakaşvilinin sağlamlığı və həyatı üçün heç bir şey təhdid olmasın".

Bu gün vəkillərinə Mixeil Saakaşvili ilə görüşə icazə veriləcək.

Eyni zamanda, həbsxana rəhbərliyi məhbusun digər şəxslərlə görüşməsini qadağan edib.

Saakaşvilinin vəkilləri məhkəmənin vaxtının ən qısa zamanda təyin olunmasını, habelə müvəkkilin  kamerasına televizorun gətirilməsini tələb edir, əks halda, o, "informasiya boşluğunda" qalacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!