Bu gün 20-də Mixail Saakaşvilinin təqsirləndirildiyi Rustavi şəhər məhkəməsində sərhədi qanunsuz keçmə ilə bağlı işə baxılarkən sabiq prezident fəaliyyət qabiliyyətini itirib və həkimin köməyinə ehtiyac yaranıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “Radio Tavisupleba” məlumat yayıb:
“Hakim Nino Çaxnaşvili təqsirləndirilən şəxsin tibbi prosedurları üçün iclasda fasilə elan edib. Məhkəmənin bərpasından sonra Saakaşvili və vəkilləri eks prezidentin səhhətinin kəskin şəkildə pisləşməsindən danışıblar. Marqarita pizza
Qeyd edək ki, Saakaşvili bir neçə gün əvvəl rahat hərəkət edə bilmədiyini deyib. Onun sözlərinə görə, əzalarında ağrılar var, ona görə də güclü ağrıkəsicilər qəbul etməlidir. Gürcüstanın sabiq dövlət başçısı bildirib ki o, çətinliklə qidalana bilir və bu onu daha da zəiflədir. Saakaşvili hesab edir ki, aclıq aksiyasından sonra Qori Hərbi Hospitalında ona göstərilən tibbi müalicə səmərəsiz olub, o isə Rustavi təcridxanasında demək olar ki, lazımi müalicə ala bilmir”.
Telegram kanalımız