Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi ədalətli mövqe Ermənistan hakimiyyətinin qəzəbinə səbəb olub.
Yenisabah.az xəbər verir ki, bu ölkənin elm, təhsil, mədəniyyət və idman naziri Araik Arutyunyan Mixail Saakaşvilinin İrəvan Dövlət Universitetinin fəxri doktoru rütbəsindən məhrum edilməsi məsələsini qaldırıb.
Xatırladaq ki, Mixail Saakşvili Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu bildirmişdi.
"Mənim mövqeyim aydındır, Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir və bunu heç bir şey dəyişdirməyəcəkdir. Əlbəttə, eyni zamanda bu bölgədən qovulan hər kəsin öz evinə qayıtmaq və dinc yaşamaq hüququ var, o cümlədən hüquqları qorunmalıdır", - deyə o bəyan etmişdi.
Telegram kanalımız