Həbsdə olan Gürcüstanın eks-prezidentinin tibbi müayinəsi onun orqanizmində arsenin olduğunu göstərib.
Yenisabah.az Mtavari TV-yə istinadla xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Şalva Xaçapuridze məlumat yayıb.
"Biz hələ dırnaq testlərini almamışıq, onlar bu gün gələcək, lakin telefonla məlum oldu ki, araşdırmalar nəticəsində daha bir zəhərli maddə, arsen aşkar edilib", - deyə vəkil vurğulayıb. pizza mizza
Vəkil bildirib ki, Saakaşvilinin uzun müddətdən sonra ilk dəfə olaraq sərhədi qanunsuz keçmə işi üzrə məhkəmə iclasında iştirakı gözlənilir: “Məhkəmə prosesinin pozulmasına, təxirə salınmasına səbəb olmamağımız üçün bu gün o, prosesə gəlməyi qərara alıb”.
Vəkilin sözlərinə görə, Saakaşvilinin vəziyyəti ağırdır və onu yerindən tərpətmək üçün xüsusi kreslo lazımdır.
Bundan əvvəl Saakaşvilinin vəkili Valeri Qelbaxiani, habelə eks-prezident Giuli Alasaniyanın anası onun ağır metallarla, o cümlədən civə ilə mümkün zəhərlənməsi barədə məlumat vermişdilər.
Telegram kanalımız