Saakaşvilinin partiyasının ofisinə hücum edildi

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvilinin partiyasının ofisinə hücum edildi

Dünya

03 Mart 2021 10:15 588


Gürcüstanın Qori şəhərində keçmiş prezident Mixeil Saakaşvilinin müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın ofisi hücuma məruz qalıb, iki nəfər saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

“Başqasının əmlakına ziyan vurmaq ittihamı ilə polis tərəfindən iki nəfər – 1994-cü il təvəllüdlü G.K. və 1966-cı il təvəllüdlü G.B. saxlanılıb”, - DİN-in məlumatında belə deyilir. Toyuqlu pizza

Qurum qeyd edir ki, istintaq iki nəfərin partiya ofisinin şüşələrinə zərər verdiyini araşdırır. Polis hadisədən dərhal sonra onları saxlayıb. Saxlanılanları üç ilə qədər həbs cəzası gözləyir. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!