Saakaşvilinin vəkili məhkəmə zalında həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvilinin vəkili məhkəmə zalında həbs edildi

Rəsmi

16 May 2022 15:29 790


Gürcüstanın “Mtavari Arkhi” telekanalının baş direktoru Nikoloz Qvaramiya bazar ertəsi keçirilən məhkəmədə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Modern.az xəbər verir ki, o, 2015-ci ildə “Rustavi 2” telekanalının baş direktoru olarkən sui-istifadə və mənimsəmədə təqsirli bilinib. Hakimin qərarı ilə Qvaramiya məhkəmə zalında həbs edilib.

Prokurorluq Qvaramiyanı “Rustavi 2” telekanalında reklamdan aldığı külli miqdarda pulu mənimsəməkdə ittiham edir. pizza sifarişi

Qvaramiya həm də Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvilinin vəkilidir.

Vəkil Dimitri Sadzaqlişvili jurnalistlərə bildirib ki, məhkəmənin qərarı Gürcüstanda hakimiyyət tərəfindən siyasi təqibdi.

O qeyd edib ki, Qvaramiyanın həbsindən sonra Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyi onun şanslarını ciddi şəkildə azaldacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!