Saakaşviliyə görə 4-cü şəxs həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Saakaşviliyə görə 4-cü şəxs həbs edildi

Rəsmi

20 Oktyabr 2021 15:51 945


Gürcüstanda Mixeil Saakaşvilinin dövlət sərhədini keçməsiylə əlaqədar dördüncü şəxs həbs edilib.

Yenisabah.az bildirir ki, bu barədə "Azadlıq Radiosu"nun Gürcü Xidməti məlumat yayıb.

İstintaq Gürcüstanın dövlət sərhədi üzərindən qanunsuz miqrantların daşınması, Gürcüstana qanunsuz daxil olması üçün müvafiq şəraitin yaradılması, habelə ağır cinayətin gizlədilməsi çərçivəsində aparılır. pizza

Həbs olunan şəxsin kimliyi açıqlanmayıb.

Xatırladaq ki, Gürcüstanın üçüncü prezidenti, 8 illik fasilədən sonra oktyabrın 1-də Gürcüstana qayıdıb və həmin gün həbs edilib. Bundan sonra isə Saakaşvili həbsxanada aclıq elan edib. Onun səhhətinin pisləşməsi ilə bağlı həkimlər tərəfindən mütəmadi məlumatlar ictimaiyyətlə paylaşır.

Qeyd edək ki, Gürcüstanın keçmiş lideri qiyabi olaraq 4 cinayət maddəsi ilə ittiham olunur və onlardan ikisi artıq təsdiqlənib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!