Saakaşviliyə görə Ədliyyə Nazirliyinin əməkdaşları cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Saakaşviliyə görə Ədliyyə Nazirliyinin əməkdaşları cəzalandırıldı

Rəsmi

07 Dekabr 2021 14:46 815


Gürcüstanın Dövlət Müfəttişliyi Xidməti keçmiş prezident Mixeil Saakaşvilinin şəxsi məlumatlarının əldə olunması və yayılmasının qanuniliyi ilə bağlı araşdırmaları başa çatdırıb.

Yenisabah.az xəbər verir ki, qəbul edilmiş qərarla Gürcüstanın Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmət inzibati məsuliyyətə cəlb olunublar.

Xidmət sabiq dövlət başçısının penitensiar müəssisənin mağazasında qida məhsulları alması, qida rasionu barədə informasiyaların, həmçinin onun qida qəbul etməsini, Rustavi həbsxanasından Qldani türməsinin müalicə müəssisəsinə köçürülməsini əks etdirən videoların yayılmasını şəxsi məlumatlara dair qanunvericiliyin pozulması kimi qiymətləndirib. pizza mizza

Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmətə qarşı cərimə tətbiq olunmaqla yanaşı, hər iki quruma feysbuk, həmçinin rəsmi internet səhifələrində M.Saakaşvilinin şəxsi məlumatlarından ibarət yazıların pozulması tapşırılıb. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!