“Saakaşviliyə telefonla danışmaq qadağandır”

saytların hazırlanması

Evə çatdırılma

“Saakaşviliyə telefonla danışmaq qadağandır”

Rəsmi

10 Noyabr 2021 21:05 630


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin telefon danışıqlarına qoyulan məhdudiyyət qüvvədə qalır.

Yenisabah.az xəbər verir ki, bunu prokuror Carci Tsiklauri qeyd edib. Çərşənbə günü Tbilisi şəhər məhkəməsi eks-prezidentin 2007-ci ilin noyabrı işi üzrə həbs-qətimkan tədbirini ləğv edib. Saakaşvilinin vəkilləri bildiriblər ki, bu yolla Saakaşvili telefon danışıqları hüququ əldə edə biləcək. Tsiklauri isə bunu inkar edib: 

“Biz ittiham tərəfi olaraq ədalətin maraqlarına əsaslanaraq təqsirləndirilən şəxslərin müəyyən hüquqlarını, o cümlədən telefon danışıqlarını məhdudlaşdırdıq. Bu məhdudiyyət qüvvədə qalır, çünki bizim qanuni hüququmuz var və ondan ədalətin bərqərar olması üçün istifadə edirik”. Pepperoni pizza

Onun sözlərinə görə, məhkəmə yalnız həbs-qətimkan tədbirini ləğv edib, hüquqların məhdudlaşdırılmasını yox./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!