Saakaşviliyə yardım edən 4 nəfər həbsdən buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Saakaşviliyə yardım edən 4 nəfər həbsdən buraxıldı

Rəsmi

20 Yanvar 2022 13:20 619


Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin ölkəyə qanunsuz daxil olması faktına görə həbs olunan 4 nəfər azad edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, Giorgi Narimanidze, Elquca Tsomaya, Zurab və Şalva Tsotsoriya 5 min lari məbləğində girov müqabilində məhkəmə zalından azadlığa buraxılıblar. Girov 1 ay ərzində ödənilməlidir. Dominos pizza

Xatırladaq ki, saxlanılan 4 şəxs ağır cinayəti gizlətməkdə, E.Tsomaya həm də sərhədi qanunsuz keçməyə kömək göstərməkdə ittiham olunub.

Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavidə 12 saylı həbsxanada saxlanılır/Report.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!