Saakaşviliyə yeni diaqnoz qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Saakaşviliyə yeni diaqnoz qoyuldu

Rəsmi

28 Noyabr 2021 22:32 1194


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicəsini izləyən həkimlər şurası ona posttravmatik stress pozğunluğu diaqnozu qoyub.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə şuranın rəhbəri, “Empatiya” təşkilatının rəhbəri Mariam Cişkariani məlumat verib.

“Xəstənin həbsxanada olması və zorakılıq faktları ilə əlaqədar onda posttravmatik stress pozğunluğu sindromu təsdiqlənib. Nevroloji simptomlar da müşahidə olunur. Bilirsiniz ki, söhbət həm də Vernik ensefalopatiyasından da gedir ki, bu, aclıq aksiyasının nəticəsidir”,- deyə Cişkariani bildirib. pizza

Xatırladaq ki, hazırda Saakaşvili Qori hərbi hospitalında müaliəcə alır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!