Saatlı və Cəlilabad rayonlarında yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Saatlı və Cəlilabad rayonlarında yanğın oldu

Hadisə

09 Mart 2024 22:14 946


Saatlı və Cəlilabad rayonlarında yanğın olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, Novruzlu kəndində ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin zirzəmisinin qamışdan ibarət tavanı 12 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Dominos pizza

Cəlilabad rayonunun Təzəkənd kəndində isə ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin tavanı 34 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!