Saatlı və Sabirabadda karantin qaydaları pozan şəxslər aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Saatlı və Sabirabadda karantin qaydaları pozan şəxslər aşkarlandı

Kriminal

24 Oktyabr 2021 12:47 898


Koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə Saatlı və Sabirabad rayonlarında gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Yenisabah.az DİN-in mətbuat xidmətə istinadla xəbər verir ki, hər iki rayon ərazisində polis əməkdaşları fəaliyyətinə icazə verilən və insanların sıx olduğu qapalı məkanlarda mütəmadi olaraq nəzarət tədbirləri keçirir.

Eyni zamanda, sahibkarlarla, eləcə də vətəndaşlarla izahedici söhbətlər apararaq, təyin olunmuş qaydalara riayət etməyə tapşırırlar. Dominos pizza

Keçirilən tədbirlər zamanı edilən tövsiyələrə və xəbərdarlıqlara baxmayaraq qaydaları pozan şəxslər də aşkarlanıb. Həmin şəxslər barəsində isə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!