Saatlıda 31 odlu silah təhvil götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Saatlıda 31 odlu silah təhvil götürüldü

Hadisə

03 Dekabr 2023 20:40 790


Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi ilə istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin (DİN) verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində bu gün bir nəfər rayon sakini illər öncə vəfat edən babasından qalmış bir ədəd “TOZ-8M” markalı yivli silahı və bir ədəd F-1 əl qumbarasını könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Cari il ərzində isə polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən biri avtomat, biri Karabin, 29-u isə ov tüfəngi olmaqla ümumilikdə 31 odlu silah təhvil götürülüb. Pepperoni pizza

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!