Saatlıda əməliyyat keçirildi   - Saxlanılan var

saytların hazırlanması

Evə çatdırılma

Saatlıda əməliyyat keçirildi - Saxlanılan var

Kriminal

12 Dekabr 2020 15:29 1810


Saatlı rayon sakini Z.Əliyevdən narkotik vasitələr aşkar edilərək götürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Z.Əliyev Qaradağ rayonu ərazisində saxlanılıb. pizza mizza

Şəxsi axtarış zamanı ondan iki kiloqrama yaxın heroin, 186 qramdan artıq metamfetamin, yaşadığı Sahil qəsəbəsindəki evə baxış zamanı isə oradan 560 qram heroin, 1000 ədəd metadon, 200 ədəd tramadol həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!