Saatlıda həyətində çətənə yetişdirən şəxs həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Saatlıda həyətində çətənə yetişdirən şəxs həbs edildi

Kriminal

29 May 2022 11:54 983


Saatlıda həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərilməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb. Araşdırmalarla həmin şəxsin rayonun Sarıcalar kənd sakini Natiq Cəfərzadə olduğu müəyyən edilib.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 29 ədəd çətənə kolu aşkar edilərək götürülüb. pizza mizza

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Rayon məhkəməsinin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!