Saatlıda oğurluq edən şəxslər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Saatlıda oğurluq edən şəxslər saxlanıldı

Kriminal

11 May 2020 10:41 665


Saatlıda oğurluq edən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Saatlı rayon sakini E. Mürsəlov Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək qardaşına məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Saatlı rayon sakinləri Ə.Həsənov və T.Əsədov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər 1 ədəd televizor və 1 ədəd motorlu otbiçən oğurlamaqla zərərçəkmişə 1 450 manat dəyərində ziyan vurublar. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib. pizza hut

Faktlarla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!