Saatlıda “patı” satan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Saatlıda “patı” satan şəxs saxlanıldı

Kriminal

31 Avqust 2021 18:38 1421


Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı rayon sakini Peyman Mahmudov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Dindirilmə zamanı P.Mahmudov narkotik maddəni Azər adlı şəxsdən aldığını bildirib.

Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Bəylik kənd sakini Azər Cavadov da saxlanılaraq istintaqa təqdim olunub. Ona məxsus evə keçirilən baxış zamanı isə oradan satış üçün hazırlanmış 13 büküm “patı” adlanan psixotrop maddə - metamfetamin və iki büküm narkotik maddə olan heroin aşkar edilərək maddi sübut kimi götürülüb. pizza

Faktlarla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!