Sabah 16 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah 16 dərəcə isti olacaq

Sosial

08 Mart 2020 12:21 507


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 4-7° isti, gündüz  11-16° isti, Bakıda  gecə 4-6° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.   Pepperoni pizza

Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə  duman gözlənilir. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 3-8° isti, gündüz 15-20°  isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti  olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!