Sabah 18 dərəcə şaxta olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah 18 dərəcə şaxta olacaq

Sosial

10 Fevral 2020 11:20 1477


Fevralın 11-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə az qar yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb  küləyi  günün ikinci yarısında mülayim  cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 0-4° şaxta, gündüz  2-5° isti, Bakıda  gecə 1-3° şaxta, gündüz 2-4° isti olacaq. pizza

Atmosfer  təzyiqi normadan yüksək  770 mm civə sütunundan 763 mm civə sütununa enəcək.

Nisbi rütubət  gecə 65-75%,  gündüz 50-60% olacaq. 

Tibbi-meteoroloji proqnoz

Fevralın 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin günün  ikinci yarısında mülayim gilavar küləyi ilə əvəz olunacağı və nisbətən soyuq temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi cənub rayonlarında qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman.  Mülayim qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 5-10° şaxta, gündüz  2-7° isti, dağlarda gecə 13-18° şaxta, gündüz  1-6° şaxta olacaq.

Yollar buz bağlayacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!