Sabah 36 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah 36 dərəcə isti olacaq

Sosial

23 İyun 2019 10:12 1171


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli, səhər bəzi yerlərdə  zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, havanın temperaturu  gecə 21-25° isti, gündüz  32-36° isti, Bakıda gecə 23-25° isti, gündüz  33-35°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 55-65 %, gündüz 30-35 % olacaq.    pizza hut

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu  22-23° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu  24-25° isti təşkil edəcək.  

Tibbi-meteoroloji proqnoz

İyunun 22-də Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı,  şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 14-18° isti,  gündüz 22-27°  isti təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!