Sabah 40 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah 40 dərəcə isti olacaq

Sosial

27 İyun 2019 11:24 1301


Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Yeni Sabah”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 27-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında  gecə 20-25, gündüz  30-35, Bakıda gecə 23-25, gündüz  32-34 dərəcə isti təşkil edəcək. pizza

Atmosfer  təzyiqi 758 mm civə sütunu, nisbi rütubət  gecə 60-70, gündüz 30-35 faiz olacaq.  

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.

Rayonlarda iyunun 27-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq rayonlarında yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!