“Sabah” 400 minə futbolçu alır? 

saytların hazırlanması

Evə çatdırılma

“Sabah” 400 minə futbolçu alır? 

İdman

24 İyun 2024 15:12 637


“Sabah” heyətini yeni futbolçu ilə gücləndirə bilər. 

Yenisabah.az xəbər verir ki, paytaxt təmsilçisi Xorvatiyanın “Slaven” klubundan İvan Lepinyiça ilə razılaşıb. 

Bu barədə Xorvatiyanın “Germanijak” nəşri məlumat yayıb. Qeyd olunub ki, 24 yaşlı yarımmüdafiəçinin keçidi üçün klublar razılığa gəlib. "Sabah"ın bu transfer üçün "Slaven"ə 400 min avro təzminat ödəyəcəyi də bildirilib.  Toyuqlu pizza

Qeyd edək ki, İvan ötən mövsüm “Slaven”də 28 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.  O, Xorvatiyada “Riyeka” və "Zadar" Almaniyada isə “Arminiya” klubunda çıxış edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!