Sabah 41 dərəcə isti  gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

Sabah 41 dərəcə isti gözlənilir

Sosial

03 Avqust 2025 12:15 4125


Milli Hidrometeorologiya Xidməti avqustun 4-də gözlənilən hava proqnozunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-28, gündüz 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək. pizza

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 21-26, gündüz 29-34 dərəcə isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!