Sabah Azərbaycanda qar yağacaq - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Sabah Azərbaycanda qar yağacaq - XƏBƏRDARLIQ

Sosial

10 May 2025 14:20 4032


Şimal və qərb rayonlarında mayın 11-i günün ikinci yarısı başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. 12-si gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Sezar pizza

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu mayın 13-dən başlayaraq ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!