Sabah Bakıya güclü qar yağacaq - 5° şaxta olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakıya güclü qar yağacaq - 5° şaxta olacaq

Sosial

28 Fevral 2025 14:52 35585


Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Xəbərdə bildirilir ki, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 3-5° şaxta, gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!