Sabah Bakıya yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakıya yağış yağacaq

Sosial

01 Aprel 2020 12:27 584


Aprelin 2-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenisabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dominos pizza

Havanın temperaturu gecə 8-11° isti, gündüz 13-16° isti, Bakıda gecə 8-10° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi gündüz qərb küləyi ilə əvəz olunacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!