“Sabah” baş məşqçi axtarır - Açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

“Sabah” baş məşqçi axtarır - Açıqlama 

İdman

07 Fevral 2024 13:00 744


Murad Musayevin istefasından sonra “Sabah”ı kimin çalışdıracağı sual doğurur. 

Baş məşqçi vəzifəsinə namizədlərlə danışıqlar gedirmi? Onların arasında yerli mütəxəssis varmı? 

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov QOL.az-ın bu suallarına cavab olaraq deyib:  pizza sifarişi

“Hazırda baş məşqçi postuna olan namizədlər nəzərdən keçirilir, axtarışlar davam edir. Lakin namizədlərlə bağlı ətraflı məlumat verə bilmərik. Baş məşqçi təyinatı rəsmiləşən kimi bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”. 

Xatırladaq ki, Murad Musayev fevralın 1-də istefa verib. Komandanı oyunlara klubun Müşahidə Şurasının üzvü və idman direktoru İqor Ponomaryov hazırlaşdırır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!