“Sabah” baş məşqçi postunda dəyişiklik edib.
Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu çalışdırıcısı Visente Qomeslə yollarını ayırıb.
Ötən ilin yayında ispaniyalını gətirən klub rəhbərliyi ardıcıl uğursuzluqların sonunda, nəhayət ki, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Qomes gələn ilin yayına qədər olan sözləşməsinin ləğvinə razılıq verib. Dominos pizza
“Sabah”da baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Ramin Quliyevə həvalə edilib.
Telegram kanalımız