Sabah bələdiyyə seçkiləri, bu gün “sükut günü”dür

saytların hazırlanması

Evə çatdırılma

Sabah bələdiyyə seçkiləri, bu gün “sükut günü”dür

Siyasət

28 Yanvar 2025 09:40 143


Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bu gün Azərbaycanda “sükut günü”dür.

Yenisabah.az xəbər verir ki, bələdiyyə seçkiləri ilə əlaqədar bu gün seçkiqabağı təşviqat aparıla bilməz.

Seçki Məcəlləsinə əsasən, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər. pizza sifarişi

Qanunvericiliyə görə təşviqat prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Bu günü qeyri-rəsmi olaraq “sükut günü” də adlandırırlar.

Yanvarın 29-da keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8:00-da açılacaq və səsvermə 19:00-a qədər davam edəcək.

Seçkilərdə 685 bələdiyyə üçün 16 min 96 namizəd mübarizə aparacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    BELƏ SEÇKİ OLAR? NAMİZƏDLƏRLƏ NİYƏ GÖRÜŞ KEÇİRİLMƏDİ? SEÇİCİ BİLMƏLİ İDİKİ KİMƏ VƏ. NƏYƏ GÖRƏ. SƏS VERMƏLİDİR. BUDURMU DEMOKRATİK. SEÇKİ M. PƏNAHOV?
    1 year ago