“Sabah”-“Beşiktaş” oyununun tarixi məlum olub.
Yenisabah.az xəbər verir ki, uzun müddətdir danışıqların getdiyi xeyriyyə matçı mayın 13-də keçiriləcək.
Oyunun hansı stadionda keçiriləcəyi bilinmir. Bu qarşılaşma da “Qarabağ” 1:2 “Galatasaray” matçı kimi Bakı Olimpiya Stadionunda (BOS) keçirilə bilər. Marqarita pizza
Xatırladaq ki, “Sabah” mayın 14-də Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində “Sumqayıt”la səfərdə qarşılaşacaq.
Peşəkar Futbol Liqasının həmin oyunun tarixini dəyişəcəyi ehtimal edilir.
Telegram kanalımız