Sabah bəzi ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sosial

20 May 2025 19:00 268


Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Yenisabah.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.

Bildirilib ki, 76 mm və 89 mm-lik boruların korroziyaya uğraması səbəbindən yeraltı xətlər yerüstü xətlərlə əvəz olunacaq. Bu səbəbdən qaz təchizatı mayın 21-də saat 09:00-dan etibarən Babək rayonunun Qahab, Naxışnərgiz, Nəcəfəlidizə, Nəhəcir və Göynük kəndlərində müvəqqəti olaraq dayandırılacaq. Dominos pizza

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!