Sabah bəzi rayonlarda yağış yağacaq, şimşək çaxacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah bəzi rayonlarda yağış yağacaq, şimşək çaxacaq

Sosial

29 İyun 2025 12:42 344


İyunun 30-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Sezar pizza

Havanın temperaturu gecə 20-24° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!