“Sabah” braziliyalı futbolçu transfer etdi

saytların hazırlanması

Evə çatdırılma

“Sabah” braziliyalı futbolçu transfer etdi

İdman

10 Avqust 2024 16:21 699


"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Braziliyalı müdafiəçi İqor Noqeyra ilə 2 illik müqavilə bağlanıb. Dördpendirli pizza

Mərkəz müdafiəçisi Portuqaliyanın "Şaveş" klubundan transfer edilib.

Braziliyanın "Fluminense" klubunun yetirməsi olan 29 yaşlı futbolçu karyerası ərzində bu klubla yanaşı, Belçikanın "Gent" (2014-2015), Braziliyanın "Fiqeyrense" (2018), CRB (2019), "Yuventude" (2022), Portuqaliyanın "Jil Visente" (2019-2021), "Santa Klara" (2023), "Şaveş" (2023/2024) və Meksikanın "Mazatlan" (2021-2022) klublarında çıxış edib.

Noqeyra "Sabah"da 14 nömrəli formanı geyinəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!