“Sabah” bu dəfə “Şamaxı”ya uduzdu

saytların hazırlanması

Evə çatdırılma

“Sabah” bu dəfə “Şamaxı”ya uduzdu

İdman

25 Fevral 2023 16:51 886


Misli Premyer Liqasında 24-cü tur davam edir.

Yenisabah.az xəbər verir ki, bu günə nəzərdə tutulan iki oyundan biri başa çatıb. 

"Şamaxı" "Sabah"ı qəbul edib. Matç gözlənilməz nəticə ilə başa çatıb. Autsayder "Şamaxı" 2-ci pillədə olan "Sabah"a qalib gəlib - 2:1. pizza mizza

Xatırladaq ki, Murad Musayevin komandası ötən tur "Turan Tovuz"a uduzmuşdu - 0:2. 

Günün digər oyunda isə "Kəpəz" səfərdə "Sumqayıt"la üz-üzə gələcək. Bu matç saat 17:00-da start götürəcək.

Qeyd edək ki, tura fevralın 27-də keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu ilə yekun vurulacaq.

25 fevral (şənbə)

14:30. “Şamaxı” – “Sabah” - 2:1

Qollar: Amil Yunanov, 72, 90+5-pen., - Aleksey Kaşuk, 77 

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Eyyub İbrahimov, Əli Əliyev

Şamaxı şəhər stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!