Sabah saat 11:30-dan 14:00-a qədər Abşeron rayonunun Saray qəsəbəsinin bəzi ərazilərinin (badam bağları), eləcə də Novxanı qəsəbəsinin bir hissəsinin elektrik enerjisi təchizatında qısamuddətli fasilə yaranacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumatı "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, fasiləyə səbəb Sumqayıt 110/35/10 kVt-luq yarımstansiyasından çıxan və Saray qəsəbəsinin bəzi ərazilərini qidalandıran iki dövrəli 10 kVt-luq "Saray 3” və "Saray 8” xətlərində aparılan yenidənqurma işləridir. pizza sifarişi
Telegram kanalımız