Sabah bu iki rayonda   QAZ OLMAYACAQ

saytların hazırlanması

Evə çatdırılma

Sabah bu iki rayonda QAZ OLMAYACAQ

Sosial

24 Aprel 2025 17:11 8281


Sabah Bakının Nərimanov və Sabunçu rayonlarının bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Yenisabah.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu, Dəmirçizadə küçəsində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə sayğacların giriş hissələrinin fleks üsulu ilə yığılması məqsədi ilə aprelin 25-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Dominos pizza

Qaz təchizatı dayandırılan müddətdə Nərimanov rayonunun Xətai prospektinin, Ə.Dəmirçizadə və Ə.Əlizadə küçələrinin, Sabunçu rayonunun isə H.Cavid, N.Axundzadə, Y.Əliyev, eləcə də M.Hacinski küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!