Sabah da 39! - HAVA PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

Sabah da 39! - HAVA PROQNOZU

Sosial

28 Avqust 2025 12:17 3291


Azərbaycanda avqustun 29-da havanın 39 dərəcə isti olacağı gözlənilir. 

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 35-40 % təşkil edəcək. pizza hut

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!