“Sabah” Marko Deviçlə yollarını ayırıb.
“Yeni Sabah” klubun rəsmi saytına istinadən xəbər verir ki, Marko klub rəhbərliyinə müraciət edərək, ailə vəziyyəti ilə bağlı klubdan ayrılmaq, bununla bağlı Belqradda, ailəsinin yanında qalmaq istədiyini bildirib. “Sabah” klubda çıxış etdiyi müddət ərzində istər yaşıl meydanda, istərsə də ondan kənarda nümunəvi davranışı ilə diqqət çəkən futbolçunun bu istəyinə müsbət cavab verib. Hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Marko “Sabah”ın məşqinə gedərək, futbolçularla, məşqçi və texniki heyətlə sağollaşıb, komandaya yeni mövsümdə uğurlar arzulayıb.
“Sabah” Futbol Klubu Deviçə kluba verdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. Dördpendirli pizza
Qeyd edək ki, Deviç “Sabah”ın Premyer Liqada ilk qolunun müəllifidir. O, 2018/19 mövsümündə komandamızın bombardiri olub (21 oyun, 8 qol).




Telegram kanalımız