Sabah gecə də yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah gecə də yağış yağacaq

Sosial

20 Mart 2019 16:18 1065


Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz  keçəcəyi gözlənilir.  Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, havanın temperaturu  gecə  4-6° isti, gündüz 8-10° isti təşkil edəcək. Bakıda gecə 4-6° isti, gündüz  8-10°  isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan yüksək 767  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60  % olacaq. 

Tibbi-meteoroloji proqnoza görə martın 21-22-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteroroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.  Dördpendirli pizza

Azərbaycanın rayonlarında isə əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  

3-8° isti təşkil edəcək. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!