Sabah güclü külək olacaq 

saytların hazırlanması

Evə çatdırılma

Sabah güclü külək olacaq 

Sosial

29 İyun 2019 13:08 1353


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 20-23° isti, gündüz  24-27° isti təşkil edəcək. Bakıda gecə 20-22° isti, gündüz  25-27°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı 750 mm civə sütunundan  755 mm civə sütununa  yüksələcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 30-35 % olacaq.    pizza sifarişi

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)  güclü şimal-qərb küləyi əsəcək.  Dəniz suyunun temperaturu  23-24° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu  24-25° isti təşkil edəcək.  

Azərbaycanın rayonlarında 

Arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 18-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 12-17° isti,  gündüz  18-23°  isti təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!