Sabah hava isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava isti olacaq

Sosial

18 Avqust 2019 10:18 1289


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı, cənub-şərq küləyinin əsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, havanın temperaturu  gecə 20-24° isti, gündüz  32-37° isti, Bakıda gecə 22-24° isti, gündüz  34-36°  isti  təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 %  olacaq.    Pepperoni pizza

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti     

Cənub-şərq küləyi əsəcək, Dəniz suyunun temperaturu:  Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək.  

Azərbaycanın rayonlarında  yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz  34-39° isti°, dağlarda gecə 14-18° isti,  gündüz  25-30°  isti təşkil edəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!