Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Rəsmi

08 Sentyabr 2019 10:54 1211


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli  yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu  gecə 16-19° isti, gündüz  22-26° isti, Bakıda gecə 16-18° isti, gündüz  23-25°  isti  təşkil edəcək. Atmosfer  təzyiqi 765  mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət 70-80% olacaq.    pizza mizza

Azərbaycanın rayonlarında  bəzi yerlərdə şimşək  çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  14-18° isti, gündüz  23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz  13-17° isti təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!