Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-25° isti, Bakıda gecə 17-19° isti, gündüz 23-25° isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, mülayim şərq küləyi əsəcək. pizza mizza
Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti təşkil edəcək.
Telegram kanalımız