Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Sosial

21 Oktyabr 2025 12:45 387


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Lakin oktyabrın 21-dən 22-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. pizza mizza

Havanın temperaturu gecə 13-15, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 18-22, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!