Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Hadisə

29 Oktyabr 2020 13:23 768


Oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, sabah mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 19-22, Bakıda gecə 14-16, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Dominos pizza

Oktyabrın 30-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 30-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!