Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Hadisə

11 Dekabr 2020 12:48 768


Dekabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.  

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət  70-80 faiz  təşkil edəcək.   Sezar pizza

Dekabrın 12-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağıntılı, ayrı-ayrı  yerlərdə isə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu  gecə 1-4, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.   

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!