Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 9-11, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək. Dominos pizza
Havanın temperaturu gecə 0-4, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Telegram kanalımız