Sabah havanın temperaturu 37 dərəcəyədək yüksələcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah havanın temperaturu 37 dərəcəyədək yüksələcək

Sosial

28 May 2020 13:02 1444


Azərbaycanda mayın 29-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. 

Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Toyuqlu pizza

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər duman olacaq, mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 15-20, gündüz 32-37, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!