Sabah İrəvanda bir sıra müxalif deputatlar mandatdan məhrum ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah İrəvanda bir sıra müxalif deputatlar mandatdan məhrum ediləcək

Rəsmi

13 İyul 2022 12:00 882


İyulun 14-də Ermənistan Milli Məclisinin Şurasında növbədənkənar iclasında müxalifətdən olan deputatların mandatdan məhrum edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət layihəsi müzakirəyə çıxarılacaq.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, Milli Məclis Şurası müxalifətdə olan “Hayastan” fraksiyasının bütün deputatlarının və “Namusum var” fraksiyasının 4 deputatının mandatdan məhrum edilməsi məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək.

“Namusum var” fraksiyasının üzvü Taquhi Tovmasyanın və eyni fraksiyadan çıxan İşxan Zakaryanın adları siyahıda yoxdur. pizza sifarişi

Milli Məclisin spikeri Alen Simonyan müxalifət partiyalarının mandatlarından məhrum edilməsi prosesini “çox xoş” adlandırıb .

Xatırladaq ki, dünən jurnalistlər Milli Məclisin sədrindən mandatlarla bağlı parlamentdə hansı prosesə başlandığını soruşublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!